Bir Azərbaycan Markası...

Haqqımızda

Pan Cofee – bir Azərbaycan markası

“Pan Coffee” şirkəti 2019-cu ildən etibarən qəhvə sənayesində fəaliyyət göstərir. İlk dövrlərdə şirkət yalnız instant qəhvə istehsalı ilə məşğul olsa da, bir müddət sonra məhsul çeşidini genişləndirmiş, müştərilərin müxtəlif dad tələblərinə cavab vermək məqsədilə qovrulmuş (roaster) və toz qəhvə məhsulları istehsalına başlamışdır. Bu addımlar, şirkətin bazardakı mövqeyini gücləndirmiş və qəhvə sənayesində əhəmiyyətli bir iştirakçıya çevrilməsinə səbəb olmuşdur. Şirkətimizin məqsədi yalnız müştəriləri razı salmaq deyil, həm də keyfiyyətli və innovativ qəhvə məhsulları istehsal edərək qəhvə sevənlər üçün hər qurtumda yeni dad təcrübələri yaratmaqdır. Şirkətimiz, müştərilərimizin gözləntilərini aşmaq və onları məmnun etmək üçün dayanmadan çalışır. Bu səbəbdən şirkətimiz müştərilərinə müxtəlif ləzzət profilləri və hər biri özünəməxsus xüsusiyyətlərə malik olan qəhvə növləri təklif edir və gələcəkdə premium və xüsusi dadlara malik yeni qəhvə çeşidlərini bazara çıxarmağı hədəfləyir.
Keyfiyyət və innovasiya şirkətin əsas dəyərlərindəndir. “Pan Coffee” şirkəti daima yeni texnologiyalar və istehsal üsullarına sərmayə qoyur beləliklə həm yerli, həm də beynəlxalq bazarda mövcudluğunu genişləndirir. İnovativ yanaşmalar və müştəri məmnuniyyətinə yönəlmiş strategiyalar sayəsində “Pan Coffee” qəhvə sənayesində özünü möhkəmləndirir və qlobal səviyyədə tanınmış brendlərdən biri olmağı hədəfləyir.
Ekoloji məsuliyyət də “Pan Coffee” üçün vacib amillərdən birdir. Şirkət qəhvə istehsalının hər mərhələsində davamlılıq prinsiplərinə riayət edərək ekoloji layihələrə dəstək verir və qəhvə sənayesində dayanıqlı inkişafı təşviq edir.
Hər qurtumda özün ol

Sənin kofen, sənin hekayən

Biz, Pan Kofe şirkəti olaraq, müştərilərimizə özəl sifarişlər təklif edirik. İstənilən tələblərə uyğun kofe növlərini təmin edirik. Braziliya, Efiopiya, Kolumbiya və digər ölkələrdən yüksək keyfiyyətli kofelər gətirə bilirik.

Müxtəlif dad profilləri və aroma xüsusiyyətləri ilə fərqlənən kofelər seçmək imkanı yaradırıq. Hər bir müştəriyə fərdi yanaşaraq, onların zövqünə uyğun məhsullar təqdim edirik.

Yeniliklər haqqında məlumat almaq üçün

Ən son xəbərlər sizin epoçt ünvanınıza gələcək