Bloqlar
Keyfiyyətli və dadlı qəhvə hazırlayaq
On Avqust 26, 2021
Keyfiyyətli və dadlı qəhvə hazırlayaq üçün şərhlər bağlıdır
Əgər mükəmməl bir qəhvə hazırlamağa başlamaq istəyiriksə, ən vacib amillərdən biri qəhvə dənələrinin üyüdülməsidir. Keyfiyyətli qəhvə hazırlamaq üçün düzgün
qəhvəüyüdən cihazı seçmək şərtdir. Bu zaman qəhvə üyüdən maşının biçaq və ya
dəyirman tipli olmasından, ölçüsünə, tutumuna, necə üyütməsinə qədər hər şey
nəzərə alınmalıdır. Yaxşı bir qəhvəüyüdən dəmlədiyiniz qəhvənin dadında,
aromasında və ümumi keyfiyyətində bütün fərqləri ortaya çıxarır
Üyüdücülər dünyasında müxtəlif variantlar mövcuddur və hətta sizin bilmədiyiniz
bir çox başqa variantlar… Məsələn, bıçaqlı üyüdənlər və konusvarı dişli dəyirman
üyüdücülər arasında bir çox fərq var. Konusvari dişli dəyirmanlar iki aşındırıcı
səthdən istifadə edərək qəhvə dənələrini üyüdür, bıçaqlı dəyirmanlar isə
qarışdırıcı kimi işləyən fırlanan bıçaqdan istifadə edir. Bütün bu məlumatlar bəlkə sizin üçün əhəmiyyətsiz görünə bilər, lakin zəif üyüdülmüş qəhvə dənələri pis
qəhvə deməkdir. Və heç kim pis qəhvə istəmir!
Qəhvəüyüdənlərin növləri
Qəhvəüyüdənlərin iki əsas növü var: bıçaqlı və konus dişli dəyirmanlar. Hər növün öz üstünlükləri və mənfi cəhətləri var. Seçim nəticədə sizdən asılıdır.
1. Bıçaqlı üyüdənlər
Bıçaqlı qəhvəüyüdən maşınlar qəhvə dənələrini kiçik parçalara ayıran, fırlanan
bıçaqdan istifadə edərək işləyirlər. Burada nəzərə alınmalı bəzi əsas məqamlar
vardır. Bıçaqlı dəyirmanlar əlverişli və sərfəlidir. Bu cihaz yeni başlayanlar və ya
təsadüfi qəhvə içənlər üçün yaxşı seçimir. Ölçüləri yiğcam olduğundan səyahət
zamanı daşımaq asandır. Lakin, biçaqlı qəhvəüyüdənlərdə üyütmə ölçüsü qeyribərabər olur, bu da dəmləmə zamanı mükəmməl dadın alınmamasına təsir
göstərə bilər. Beləliklə, bıçaqlı üyüdənlər tez və sadə üyütmə prosesindən zövq
alanlar üçün idealdır, lakin dəqiqlik axtaran həvəskarlar üçün uyğun olmaya bilər.
2. Dəyirman tipli üyüdücülər
Dəyirman üyüdücülər qəhvə üyüdülməsi üçün qızıl standart hesab olunur. Bu
üyüdücünün əsas üstünlüyündən biri qəhvə dənələrini vahid ölçüdə üyütməsidir ki, bu da qəhvənin dadlı alınması üçün əsas şərtlərdəndir. Bu dəyirmanın hətta
müxtəlif dəmləmə üsulları üçün üyütmə ölçüsünü tənzimləməyə imkan verən
çoxsaylı parametrlərı mövcuddur. Bu dəyirmanlar daha davamlı və
uzunömürlüdürlər.
Qəhvə dəmləmə metodunuza uyğun düzgün dəyirman seçimi
Fərqli dəmləmə üsulları fərqli üyüdülmə ölçülərini tələb edir. Tərcih etdiyiniz
dəmləmə tərzinə əsasən üyüdmə ölçüsünü tənzimləməyə imkan verən bir qəhvəüyüdən cihaz seçmək vacibdir. Aşağıda müxtəlif dəmləmə üsulları üçün ölçü
bələdçisi var:
Coarse Grind: French press və soyuq dəmləmə üçün idealdır.
Medium Grind: Damcı üsullu qəhvə cihazları və pour-over üsulları üçün ən
yaxşısıdır.
Fine Grind: Espresso maşınları və AeroPress üçün uyğundur.
Extra Fine Grind: Türk qəhvəsi üçün istifadə olunur.